İmamoğlu məhkəmədə nə danışıb?
Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs edilmiş sədri Əkrəm İmamoğlu Silivridəki cəzaçəkmə müəssisəsində hakim qarşısına çıxıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, məhkəmə prosesi İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlek və ailəsini təhdid etməsi iddiası ilə bağlı baş tutb.
İstintaq nəticəsində hazırlanan ittiham aktında İmamoğlunun “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmə”, “hədələmə” və “terrorla mübarizədə iştirak edən şəxsləri hədəfə alma” cinayətlərinə görə 2 il 8 aydan 7 il 4 aya qədər həbs cəzası tələb edilib.
Məhkəmədə Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Səlim İmamoğlu, millət vəkilləri, Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş, çox sayda vətəndaş və tərəflərin vəkilləri iştirak edib.
İmamoğlu məhkəmədə sağlam qərarlar veriləcəyinə inandığını bildirib.
O, çıxışında dövlət televiziyasını tənqid edib:
“Vətəndaş vergisi ilə işləyən TRT məni gözdən salmaq üçün yalan və böhtan xəbər verməkdənsə, bu çıxışı yayımlamalıdır”.
İmamoğlu həmçinin İstanbulda üç dəfə seçkiləri qazandığı üçün həbs olunduğunu bildirib.
“Ömrümdə heç kimi təhdid etməmişəm. Mən həmişə sülhpərvər olmuşam. İstanbulda 3 dəfə seçkilərdə qalib gəldiyim üçün buradayam”, - İmamoğlu deyib.
“Həbs etdiyiniz, övladlarım saydığım tələbələri azad edin. Kimə zülm edilsə, məni öz yanında tapacaq”, - həbsdə olan bələdiyyə sədri qeyd edib.
Məhkəmə prosesi iyunun 16-na təxirə salınıb.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
131 dəfə oxundu