Avropanı sel aparır - 20 nəfər həlak oldu

Avropanı sel aparır -
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Avropa ölkələrində - Rumıniya, Avstriya, Polşa, Çexiya, Macarıstan və Slovakiyada leysan yağışlardan sonra meydana gələn sellər nəticəsində həlak olanların sayı artıq 20 nəfər olub.
Rumıniyada 7, Avstriyada 5, Çexiyada 3, Poşada 5 nəfər sel sularının qurbanı olub.
Yaşayış məntəqələri su altında qalıb.
Macarıstan və Polşada sel sularının qarşısını almaq üçün hərbi qüvvələr səfərbər edilib.
Poşanın cənubunda təbii fəlakət vəziyyəti elan edilib.
Güclü yağışların İtaliyanı, Serbiyanı, Xorvatiya və Sloveniyanı da təsiri altına alacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...