Mərkəzi Bankdan qərar - Uçot dərəcəsini sabit saxladı

Mərkəzi Bankdan qərar -
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlanılıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumat üçün bildirək ki, uçot dərəcəsinin dəyişdirilməsində əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan ibarətdir.

AMB-nin məlumatına görə, 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1,1%, baza inflyasiya isə 0,8% təşkil edib:

“İllik ərzaq inflyasiyası 0.2%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.4% olub”.

Mərkəzi Bankdan bidirilib ki, 12 aylıq inflyasiya 1% təşkil edib və bu da nəzərdə tutulan hədəfdən aşağı olub.

Onu da qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi mərkəzi bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7,25%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 7 min 250 manat ödəməli olacaq.

Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...