Türkiyədə gənclərin 17%-dən çoxu işsizdir – Rəsmi

Türkiyədə gənclərin 17%-dən çoxu işsizdir –
Ötən il Türkiyədə işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 1% azalaraq 9,4%-ə düşüb.
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, gənclər arasında (15-24 yaş arası) işsizlik səviyyəsi isə 2% azalaraq 17,4% olub.
Məlumat üçün bildirək ki, dünyada ən yüksək işsizlik səviyyəsi Konqoda qeydə alınıb. Afrikanın və dünyanın ən kasıb ölkələrindən olan Konqoda iqtisadi fəal əhalinin təxminən yarısı – 46,1%-i işsizdir. Dünyada işsizliyinin ən yüksək olduğu ölkələrin siyahısnda ilk 5-liyi Cənubi Afrika Respublikası (32,1%), Anqola (31,9%), Cibuti (27,9%) və Botsvana (25,4%) tutur.
Dünyada ən aşağı işsizlik səviyyəsi Belarusda qeydə alınıb - cəmi 0,1%. İşsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrin sıralamasında Qətər (0,1%), Kambocia (0,2%), Niger (0,5%) və Tailand (0,8%) yer alır.
Onu da qeyd edək ki, region ölkələrindən Qırğızıstanda iqtisadi fəal əhalinin 2,5%-i, Rusiyada 2,9%-i, Qazaxıstanda 4,7%-i, Moldovada 4,9%-i, Türkmənistanda 5%-i, Azərbaycanda 5,6%-i, Özbəkistanda 6%-i, Tacikistanda 6,9%-i, İranda 7,6%-i, Ukraynada 10,5%-i, Ermənistanda 12%-i, Gürcüstanda isə 15,3%-i işsizdir.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, əhalinin işlə təmini ölkənin sosial-iqtisadi uğuru olsa da, bir ölkədə işsiz insanların sayının çox olması həmin ölkənin iqtisadi cəhətdən inkişaf etmədiyi mənasına gəlməmlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...