Quş Bakıdan uçan təyyarənin uçuşuna mane oldu

Quş Bakıdan uçan təyyarənin uçuşuna mane oldu

Bakıdan Budapeştə uçuş həyata keçirən "WizzAir” aviaşirkətinin "Airbus A321” təyyarəsi texniki səbəblərdən gecikir.

Qaynarinfo xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.

Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...