“Azəriqaz” qaz çəkdi kəndin yolunu dağıtdı
Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən Xaçmaz rayonda qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər zamanı Ağaverdioba-Balaqusarqışlaq kəndlərinin yolları bərbad duruma düşüb.
Oxşar problemlə bağlı Xaçmazın Susayqışlaq kəndinin sakinləri də üzləşiblər. Bizim.Media-nın yerli bürosuna müraciət edən kənd sakini Qabil Zahirov Susayqışlaq kəndinin mərkəzi yolundakı vəziyyətin daha acınacaqlı olduğunu diqqətə çatdırıb.
Sakinlər bildiriblər ki, bir neçə ay bundan əvvəl “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən kənddə qaz olmayan 55 yeni təsərrüfata mərkəzi küçədən qaz xəttinin çəkilməsi işlərinə başlanılıb.
Lakin görülən işlər zamanı əhalinin öz vəsaiti hesabına təmir etdiyi yollar dağılıb:
"Qaz çəkilməsi işləri başa çatdıqdan sonra yolların təmir olunacağını vəd etmişdilər. Amma iki aydır ki, vədlərinə əməl etmirlər”.
Sakinlərin şikayəti ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ruslan Məmmədov məsələdən məlumatlı olduqlarını və problemlə bağlı kənd bələdiyyəsinə müraciət etdiyini bildirib:
“Azəriqaz”la danışıqlar aparılıb. Bələdiyyəyə bildiriblər ki, qısa vaxt ərzində 6 maşın çınqıl gətirilib yola töküləcək və yol təmir ediləcək”.
373 dəfə oxundu