Yeni müharibə istəyirsiniz? Oğullarınızı göndərin! - Arşakyan

Yeni müharibə istəyirsiniz? Oğullarınızı göndərin! -
Ermənistan hakimiyyəti ilə diaspor arasında münasibətlər heç vaxt sadə olmayıb. Əksinə, onlar həmişə mürəkkəb və ziddiyyətli olub. İrəvan müəyyən problemlərini həll etmək üçün diasporun həm siyasi, həm də maliyyə və iqtisadi potensialından istifadə etməyə ümid edib. Ermənistana kömək edən diaspor isə yardım qarşılığında ölkə hakimiyyətinə müəyyən təzyiq rıçaqları axtarıb. Bu, gec-tez münaqişəyə gətirib çıxaracaqdı. Buna nümunə olaraq, Paşinyan hökuməti ilə Rusiyadakı erməni diasporunun yüksək təbəqəsi arasında böyük qalmaqalları göstərmək olar.

Axar.az xəbər verir ki, bunu erməni analitik Tevos Arşakyan deyib.

“Rusiya bir tərəfdən Ermənistanda hökumət əleyhinə mitinqlər təşkil etməyə yönəlik məqalələr hazırlamağa başlayan beşinci kolonunun dəstəyini gücləndirir, digər tərəfdən Rusiyadakı erməni diasporunun əsas simalarını Nikola qarşı çevirir. Rusiya ilə “cib ittifaqı”nda olan Moskvadakı erməni diasporu çoxdandır ki, Rusiya xüsusi xidmət orqanlarına çalışır və kuratorlarının istənilən sifarişini yerinə yetirməyə hazırdırlar.

Onlar artıq ultimatum tələbi ilə çıxış edir və Paşinyanı dərhal istefaya çağırırlar. Rusiya-Ermənistan Təşkilatlarının Koordinasiya Şurasının yaydığı bəyanatda xüsusilə qeyd edilir: “Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi olması barədə bəyanatı xəyanətdir. Nikol Bakı-Ankara tandeminin maraqlarına xidmət edir. Biz Rusiyanın ictimai-siyasi elitasına müraciət edərək, min ildən artıqdır ki, rus xalqının sıx əlaqədə olduğu qardaş erməni xalqına yardım göstərmək üçün lazımi tədbirlərin görülməsini xahiş edirik. Ermənistanın indiki hakimiyyətinə – dərhal istefa versin”.

Rusiya erməni maraqlarına qarşı çıxsa da, erməni diasporu ciblərindən bütün pullarının, elit daşınmaz əmlaklarının əllərindən alınmaması müqabilində susur. Onlar Ermənistana deportasiya ediləcəklərindən qorxurlar. Onlar Ermənistanda vətəndaş qarşıdurmasına səbəb olacaq çağrışlar edirlər. Paşinyanın istefasını və yeni müharibə istəyirsiniz? Onda oğullarınızı erməni ordusuna göndərin və döyüşün! Amma bu da olmayacaq. İkinci Qarabağ müharibəsində sizdən neçə nəfər döyüşməyə gəldi?” - o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
239 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...