Tünzalə keçmiş ərindən danışdı: “Əleyhimə pulla yazılar yazdırırdı”

Tünzalə keçmiş ərindən danışdı:
Xalq artisti Tünzalə Ağayeva şəxsi həyatı ilə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, “O kimdir?” layihəsinin qonağı olan sənətçi keçmiş əri ilə bağlı bir sıra açıqlamalar verib:

“Hansı qadın özünə ayrılıq arzulayır? Həyatı özüm qurdum, valideynlərim razı deyildi. O qədər xeyir-dualı ailələr görürük ki, alınmır. Bilmək olmur”.

İfaçı ərinin onun haqda sifarişli yazılar yazdırdığını iddia edib:

“Onun dəstəkçiləri var idi. Qəsdən yönləndirilmiş planlar var idi. Bəzi jurnalistlər buna getmişdi. İnsanı tanımadan haqqında səhvlər yazmaq, pulu alıb evinə aparmaq nə dərəcədə məntiqlidir?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...