Şaxta Baba, Qar qız olmaq istəyənlərin sayı azalıb

Şaxta Baba, Qar qız olmaq istəyənlərin


Yeni il günlərində Bakıda Şaxta Baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə icazənin verilməsinə dekabrın 20-dən başlanılacaq.

Bunu Trend-ə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib. Onun sözlərinə görə, artıq Şaxta Baba və Qar Qız olmaq üçün 10 nəfər müraciət edib.Hazırda bu müraciətlərə baxıldığını deyən Ə.Bağırov adətən, dekabrın 20-25-də müraciətlərin daha çox daxil olduğunu da qeyd edib.

Departament rəsmisi əlavə edib ki, Şaxta Baba, Qar qız və fotoqraflara Yeni il bayramı günlərində bu fəaliyyətlə məşğul olmalarına görə ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödənilir: “Lakin son vaxtlar fotoqraf kimi işləmək üçün demək olar ki, müraciətlər daxil olmur. Çünki indi hər kəsin telefonu olduğundan Şaxta Baba, Qar Qızla şəkli özləri çəkirlər. Son illərdə Şaxta Baba, Qar Qız olmaq istəyənlərin də sayı azalıb, buna görə müraciətlər də az daxil olur”.

Ə.Bağırov bildirib ki, İnzibati Xətalar Məcəlləsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə xidmətlərin göstərilməsinə görə cərimənin tətbiqini nəzərdə tutur. Buna görə də Şaxta Baba, Qar Qız fəaliyyəti ilə qanunsuz məşğul olmaq istəyənlər 80 manat məbləğində cərimələnə bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...