Azərbaycan XİN-in "qara siyahısı"na düşən Monserrat Kabalye həbs cəzasına məhkum edilib

Azərbaycan XİN-in "qara siyahısı"na düşən Monserrat Kabalye həbs cəzasına məhkum edilib


Məşhur ispaniyalı opera müğənnisi Monserrat Kabalye fırıldaqçılığa görə 6 aylıq həbs cəzasına məhkum edilib. APA-nın xəbərinə görə, bu barədə İspaniyanın ABC telekanalı məlumat yayıb. Bildirilir ki, müvafiq qərar 82 yaşlı ifaçının əldə etdiyi qonorarın məbləğini İspaniya vergi orqanlarından gizlətdiyi üçün verilib.

Barselona prokurorluğu M. Kabalyeni 2014-cü ilin aprelində 500 min avroyadək verginin ödənilməsindən yayınmaqda şübhəli bilib. İstintaqın gedişində bəlli olub ki, müğənni Barselonada yaşamasına baxmayaraq, xarici səfərlər üçün sənədlərini Andorra şirkətləri vasitəsilə hazırlayıb. 2014-cü ilin dekabrında isə müğənni həbsdən yayınmaq məqsədilə prokurorluqla sövdələşməyə nail olub.

Barselonada keçirilən məhkəmədə M. Kabalyeyə 225 min avro məbləğində cərimə kəsilib. Bununla yanaşı, o 6 ay ərzində ölkə büdcəsindən güzəşt və subsidiyalar ala bilməyəcək. İfaçı səhhətinin pis olması ilə əlaqədar məhkəmə iclasında iştirak etməyib. Məhkəmə iclasına video bağlantı vasitəsilə qoşulan müğənni günahını etiraf edib. Qeyd edək ki, M. Kabalye Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1089 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...