Maqsud hansı müğənniləri şantaj edib? - “Dedi ki, qızım var, istəmirəm bu videonu görsün“
“Mən sosial şəbəkə hesabımda Maqsud Mahmudovun səs yazısını paylaşmışdım”.
Yenisabah.az xəbər verir ki, bunu prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) bildirib.
O da dələduzluqda ittiham olunaraq Ukraynadan Azərbaycana gətirilən şəxsdən yanıqlı imiş.
Tolik Maqsud Mahmudovun vaxtilə onu da təhqir etdiyini deyib:
“Mənə mesaj göndərmişdi ki, sən yaxşı oğlansan, xeyirxah işlərlə məşğul olursan, illərdir bir-birimizi tanıyırıq və s. və i.a. Amma sonra məni təhqir etməyə başladı. Yeganə ölkə Azərbaycandır ki, burada müxalifətçilər öz iradlarını söyüşlə ifadə edirlər. Müxalifət də, iqtidar da hər ölkədə var, lakin heç bir Azərbaycandakı kimi müxalifət narazılığını təhqirlə çatdırmır. Özünü siyasi bloger adlandıran bəzi “kişiciklər”imizə isə əmin olun ki, havadarları ev tapşırığı verir. Onların çıxışlarına diqqətlə fikir versəniz görərsiniz ki, hər birinin qarşısında vərəq var və dediyini oradan oxuyur”.
Prodüser bəzi müğənnilərin öz maraqları üçün Maqsuda maddi dəstək olduğunu açıqlayıb:
“Maqsud Mahmudov da siyasətdən bixəbər adam olsa da, özünü “siyasi bloger” adlandırırdı. Vaxtilə ölkədə qızıl alveri ilə məşğul olurdu, lombardı vardı və camaatın pulunu yeyib ölkədən qaçmışdı. Bakıda bəzi müğənnilərlə tanışlığı var idi deyə, gedən kimi başladı onlar haqda ifrat dərəcədə pis şeylər deməyə. Təəssüf ki, Azərbaycanda on minlər qazanan, qazancının 10 faizini belə vergi verməyən, ən azı “Əməkdar artist” fəxri adını almaq istəyənlər bu tip reketçilərə pul verir, özlərinə təriflər yağdırdıb, rəqiblərini alçaldırlar.
Mən də elə bir müğənni tanıyıram, adını çəkməyəcəyəm. Bildiyimə görə, özünün söyüşlərini sildirməyə görə onlarla əlbir olub guya hansısa qazinin əməliyyat xərcini ödəmişdi.
Bəzi qadın müğənnilərə irad bildirəndə deyirdilər ki, “qızım böyüyür, sabah oğlum qız alacaq, istəmirəm belə videolarım xoşbəxtliklərinə mane olsun”.
Maqsud Mahmudov da reketçi idi, tutulmasına yox, ifşa olunmasına sevinirəm.Bu adamlar hansı pulla özlərinə necə studiya yaradırlar? Onlar maliyyələşdirən kimlərdir?
Sevinc Osmanqızı Amerikaya getdi, özünə televiziya açdı. Mənim ona jurnalist kimi böyük hörmətim var, amma, Sevinc xanım, bu necə olur, pulu rahatlıqla necə tapırsız? Qısası, haradan maliyyələşdiniz? Necə oldu ki, gedən kimi hazıra nazir oldunuz? Kamera, studiya, televiziya göydən zənbillə düşdü?”.
Tolik sözügedən blogerlərə dəstək olan məşhurların da ifşa olunmasını istəyib:
“Həmin blogerlərə dəstək olan müğənnilər də ifşa olunmalıdır. Qoy insanlar görsünlər ki, ölkədə nə qədər saxta vətənpərvər var. Əyninə hərbi forma geyinib, vətənpərvərlik mahnısı oxuyan düşmənləri saymaqla bitmir!”
1713 dəfə oxundu