Koronavirusdan sağalan Əməkdar artist: “2-ci doza peyvənd vurdurmuşdum“

Koronavirusdan sağalan Əməkdar artist:

Bir müddət əvvəl koronavirusa yoluxan Əməkdar artist Nigar Şabanova sağalıb.

Yenisabah.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən ifaçı sosial şəbəkə hesabında bu haqda məlumat verib.

O, hər iki doza peyvənd olunmasına baxmayaraq, koronavirusa yoluxduğunu bildirib:

“Özünüzü koronavirusdan qoruyun, sosial məsafə saxlayın, gigiyenik qaydalara mütləq əməl edin. Vaksinə də arxayın olmayın! 2 doza vaksinin ikisini də etdirmişdim, amma toyda ara məsafəsi saxlamadım və yoluxdum. Allah heç birinizə ağrı-acı nəsib etməsin. Sağalmışam, sabahdan sevimli makiyajlarıma qovuşacam. Sizi sevirəm, əzizlərim”.

Koronavirusdan sağalan Əməkdar artist:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...