Təcavüzdə günahlandırılan məşhur komediyaçı sərbəst buraxıldı

Təcavüzdə günahlandırılan məşhur komediyaçı

ABŞ-da cinsi təcavüzə görə həbs olunan komediyaçı və televiziya ulduzu Bill Cosby sərbəst buraxılıb.

Gundeminfo.az xəbər verir ki, 2018-ci ildə Pensilvaniya Ali Məhkəməsi tərəfindən cinsi təcavüz və təcavüz ittihamı ilə həbs cəzasına məhkum edilmiş 83 yaşlı Billin işinə yenidən baxılıb. Belə ki, komediya ulduzuna edilən bütün ittihamlar rədd edilib və o, bu gün azadlığına qovuşub.

Dünyaca məşhur komediya aktyorunun həbsdən çıxdıqdan sonra istirahət etmək üçün Filadelfiyadakı evinə getdiyi ifadə edilib. Cosbyni cinsi təcavüzdə günahlandıran qadınlardan biri olan Viktoria Valentinonun bu qərardan "məəttəl qaldığına" dair ifadələr Amerika mətbuatında yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...