“İstənilən yerə də maskasız gedirəm, heç koronavirusa da yoluxmuram” - Əli Mirəliyev

“İstənilən yerə də maskasız gedirəm, heç koronavirusa da yoluxmuram” -

“Bir dəfə də olsun maska taxmamışam, hər yerə maskasız gedirəm. Həyatda düz yaşamışam, seyidəm, taxmıram maska. Mən camaatın maskasını cıran adamam, niyə maska taxım ki… “
Pravda.az xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev deyib. O, haqq yolundan dönən həmkarlarından danışıb.

Ə.Mirəliyev Həcc ziyarətində olan bəzi müğənnilərin də ünvanına sərt fikirlər səsləndirib:
“Pandemiya Allahın yer üzünə və yolunu azmış insanlara göndərdiyi bəladır. Həyatda düz yaşamışam, seyidəm, taxmıram maska. Mən camaatın maskasını cıran adamam, niyə maska taxım ki… 72 yaşım var, istənilən yerə də maskasız gedirəm, heç koronavirusa da yoluxmuram. Heç qorxmuram da. Nə qədər sənətçi koronavirusdan dünyasını dəyişdi. Sənətçilər arasında arvad-uşağından imtina edənlər var, bunu Allah götürməz axı. 5-10 manat pulları var, elə bilirlər, Həccə getməklə Allahı aldadacaqlar. Xeyr, elə deyil. Həccə gedib gəldin, oğlun öldü, ərin öldü. Həccə gedən insan anadan həci doğulmalıdır. Onun ürəyində Allah sevgisi, Allah qorxusu olmalıdır. Sən get araq, nəşə sat, sonradan da Həccə get, həci ol, xeyr, olmur. O yol sənə qənim olacaq, oldu da. Sən Allahı heç vaxt aldada bilməzsən”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...