Mətanət İsgəndərli bundan sonra bacısı ilə işləməyəcək

Mətanət İsgəndərli bundan sonra bacısı ilə işləməyəcək


Əməkdar artist Mətanət İsgəndərli bundan sonra bacısı ilə işləməyəcək.

ANS PRESS-in məlumatına görə, müğənninin yanında köməkçi kimi fəaliyyət göstərən, hər bir tədbirdə yanında görməyə alışdığımız Təranəni artıq Mətanət xanımın yanında görməyəcəyik. Yeni prodüserlə işbirliyinə başlayan əməkdar artist bacısını komandadan uzaqlaşdırılmasının səbəbini açıqlamaq istəmədi: "Təranə artıq mənim yanımda çalışmır. Nə sözünüz varsa, bundan sonra Miranəyə müraciət edə bilərsiz. Mənim telefonuma Miranə cavab verəcək".

Mətanət İsgəndərli populyarlıq qazandıqdan sonra bütün işlərində ona bacısı Təranə kömək edirdi. Telefon zənglərini cavablandırırdı, toylarını, görüşlərini təyin edirdi. Əməkdar artistin sürücüsü qismində isə uzun müddətdir oğlu Kərimi görürük.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...