“Əcəb edirəm, narkotik də qəbul edərəm, içki də içərəm” - Məşhur meyxanaçı

“Əcəb edirəm, narkotik də qəbul edərəm, içki də içərəm” -

Sosial şəbəkələrdə tanınmış meyxanaçı Aydın Xırdalanlının yeni fotoları yayılıb. Qaynarinfo xəbər verir ki, tanınmış meyxanaçının fotolarda çox arıq düşdüyü bildirilir. Vurğulanıb ki, Aydın Xırdalanlı qara ciyər serrozundan əziyyət çəkir. Bundan başqa, meyxanaçının narkotik aludəçisi olduğu və bu səbəbdən də səhhətinin günü-gündən pisləşdiri yazılır.

Məsələyə aydınlıq gətirmək üçün meyxanaçının özü ilə əlaqə saxladıq. Aydın Xırdalanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, haqqında gəzən söz-söhbətdən bezib.

"Arıqlamışam, arıqlamışam da. Kökəlmək, arıqlamaq insanın öz işidir. Axı bunların kimə dəxli var? Toyda, məclislərdə hər dəfə foto çəkdirirlər, sonra paylaşırlar. Dünən də Xırdalanda məclislərin birində oturmuşdu. Aşağısı 20 nəfərlə şəkil çəkdirmişəm. İndi fotolarda arıq düşmüşəm. Kök olanda heç demirdilər ki, Aydın kökəlib. Qələt edib şəkil çəkdirirəm? Bundan sonra kim yaxınlaşacaq, şəkil çəkdirməyəcəyəm. Bilmirəm nə edim”, - deyə meyxanaçı bildirib.

Səhhətində yaranmış problemlərlə bağlı suala isə A.Xırdalanlı özünəməxsus şəkildə cavab verib:

"Boş söhbətdir, serroz olmağa vaxtım yoxdur (gülür). Qara ciyərimdə yüngül problem var. 15 il bundan əvvəldən qara ciyərimdə hepatit aşkarlanıb. Bu nə problemdir axı? Cammatın çoxunda bu xəstəlik var. Hazırda şükür Allaha yaxşıyam. Belə getsə məni öldürəcəklər. Başına dönüm bunları başa salın. Adamı təmiz dilxor edirlər”.

Meyxanaçı narkotik maddələrin qəbul etməsilə bağlı fikirlər isə əsəbləşib:

"Özüm bilərəm, əcəb edirəm, narkotik də qəbul edərəm, içki də içərəm. Bu mənim şəxsi işimdir. Bunun kimə nə dəxli var? Belə də baxanda son vaxtlar heç pivə də içmirəm. Əvvəllər pivə içirdim şişirdim. Axır vaxtlar pivə də içmirəm deyə arıqlamışam. Heyif deyil arıq olmaq. Kök olanda nəfəs də ala bilmirdim. Kök olanda məclisdə şalvarımın "zamok”unu, düyməsini açıb otururdum ki, rahat nəfəs alım. İndi rahat otururam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...