Muxtar Maniyevin vəziyyəti ağır olaraq qalır

Muxtar Maniyevin vəziyyəti ağır olaraq qalır


Xalq artisti Muxtar Maniyevin vəziyyəti ağır olaraq qalır.

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, aktyor hazırda Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsində müalicə alır: “Həkimlər əllərindən gələn edirlər ki, onun vəziyyəti normallaşsın. Qan azlığı var, bu gün qan köçürüləcək. Amma huşu yerindədir. Hələ ki, palataya köçürülməkdən söhbət getmir. Ola bilsin, bu həftə ərzində reanimasiya şöbəsində saxlanılsın”.

M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1016 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...