Sılanın Bakıdakı konserti də ləğv olunur? - FOTOLAR

Sılanın Bakıdakı konserti də ləğv olunur? -


Türkiyəli məşhur müğənni Sılanın İstanbulun Yenikapı ərazisində təşkil edilən “Demokratiya və şəhidlər” adlı mitinqini “şou” adlandırmasından sonra Bakıdakı konsertinin ləğv olunması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, konsertin dekabrın 3-ü Heydər Əliyev adına Sarayda keçirəcəyi nəzərdə tutulub. Lakin müğənninin Türkiyədə “çevirilişin əleyhinəyəm, amma Yeikapıdakı şouya qatılmayacam” açıqlamasından sonra Azərbaycandakı konsertinin də təxirə düşdü deyilir. “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün konsertin təşkilatçısı Tural Vəlizadə ilə əlaqə saxlayıb.

Təşkilatçı məlumatı nə təsdiq, nə də təkzib edib: “Bir neçə gün sonra bu barədə ətraflı məlumat veriləcək. Avqustun ikinci yarısı hər şeyi biləcəksiz”. Xatırladaq ki, Sılanın “Söylədiklərimin arxasındayam, hər kəs kimi mən də demokratiyanı müdafiə edirəm. Ancaq mən öz düşüncələrimi ifadə etmişəm” açıqlamasından sonra İstanbul və Bursadakı konsertləri ləğv olunmuşdu.


Sılanın Bakıdakı konserti də ləğv olunur? -
Sılanın Bakıdakı konserti də ləğv olunur? -
Sılanın Bakıdakı konserti də ləğv olunur? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...