"Heç kimə görə beh qaytarmaram"

"Heç kimə görə beh qaytarmaram"
Müğənni Yeganə Mürsəlova sənət dostlarından şikayətlənib.

Sənətçi "Qonaqcanlı" verilişində ifaçıların onları məclisə çağırmasından gileylənib. Yeganə bildirib ki, bir çox sənət adamı toyun vaxtını gec deyir:

"Bəzən müğənnilər bizdən küsür. Biz sənət adamları aylar əvvəl toy dəvəti alırıq, beh verilir. Bəzən 6 ay əvvəl danışılan toylar olur. hansısa sənət dostumuz bir həftə qalmış deyir, övladımın toyudur, behi qaytar gəl bura. Belə şey mümkün deyil, niyə beh qaytarım? Heç kimə görə beh qaytarmaram. Adam deyir balamın toyunu sənə verirəm. Bundan gözəl nə ola bilər? Necə məclisə 1 həftə qalmış deyim ki, gələ bilmirəm?" (Axşam.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...