“Üzr istəyin!” - Azər Aydəmir qalmaqalı BÖYÜYÜR

“Üzr istəyin!” -
Son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səsləndirilən ifadələr səs-küyə səbəb olub.

Serialın ssenaristi, aktyor Azər Aydəmir bildirib ki, bu ifadələr vəkillərin şəxsinə yönəlməyib. O qeyd edib ki, vəkillərin bədii materiala həssaslıqla yanaşması üzücüdür.

Sssenaristin bu açıqlaması da vəkillər tərəfindən birmənalı qarşılanmayıb. Vəkil Fərid Qasımov Azər Aydəmiri bu açıqlamasına görə tənqid atəşinə tutub:

"Siz məsələnin fərqində deyilsiniz ki, ölkədə olan bu qədər vəkil nədən narahatdır, niyə belə paylaşımlar edir. Bu qədər söz yazmaq əvəzinə, vəkillərdən “xətrinizə dəymişiksə, üzr istəyirik” kimi ifadələr işlətsəydiniz, bəlkə də yaranmış gərginliyi yumşalda bilərdiniz. Amma bu yazılarınızla sanki yenə də özünüzə haqq qazandırırsınız və statusunuzda vəkillərdən üzr istəmək əvəzinə, bu dəfə vəkilləri “konspirologiyaya” yer verməklə, qeyri-peşəkarlıq nümayiş etdirməklə ittiham edirsiniz.

Siz kinomuza, televiziyamıza yenilik gətirmək istədiyinizi qeyd edirsiniz. Bu yenilikləri şərəfli vəkil peşəsinə “oğraş”, “zad” kimi qeyri-etik ifadələr işlətməkləmi gətirirsiniz?!

Əziz Azər bəy! Sizin kinomuza nəsə yenilik gətirməyiniz heç bir vəkili məyus etmir. Lakin bu “yenilikləri” vəkillərə qarşı qeyri-etik davranış sərgiləyərək gətirməyiniz bizim üçün qəbuledilməzdir və qəbul etməyəcəyik. Bizim sizdən gözlədiyimiz bizi çox sevməyinizi bildirməyiniz yox, vəkil peşəsinə qarşı qeyri-etik ifadələrə görə vəkillərdən üzr istəməyiniz, eyni zamanda, belə ifadələrə bir daha yol verilməyəcəyinə dair söz verməyinizdir. Sizin də sonda bildirdiyiniz kimi, əgər vəkillər hüquq sisteminin ayrılmaz hissəsidirsə, bu üzr də vəkillərin haqqıdır!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...