“Arif Alışanov və Cəmil Quliyev məni efirə buraxmır”

“Arif Alışanov və Cəmil Quliyev məni efirə buraxmır”


“Mən çəkdiyim “Qanlı yanvar” sənədli filmi ilə bağlı rəhbər qurumlara müraciə edəcəyəm. O film həqiqi tarixi faktlar üzərində lentə alınan sənədli filmdir. Erməni yalanları orada öz əksini tapır. Biz o filmi bu gün dünyaya çıxarmalıyıq".

Bunu Moderator.az saytına açıqlamasında rejissor, əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov (Şeyx Əbdül) bildirib.

Şeyx Əbdül onu da deyib ki, vaxtilə müəllifi olduğu “Klassik irsimiz” adlı proqram indiki məqamda mütləq efirə çıxmalıdır: "Bu proqram ATV telekanalında yayımlanırdı. Onu dayandırdılar. Buna görə də müraciət etmək fikrindəyəm. Həmin proqramın sayəsində məkrli erməni niyyətlərinin bəziləri üzə çıxırdı. Elə ermənilərin özü bir-iki dəfə həmin proqramı məhkəməyə veriblər. Çünki onların məkrlərinin üstünü açırdı".

Şeyx Əbdül Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun və İctimai Televiziyanın rəhbəri Cəmil Quliyevin onun özünə efir qadağası qoyduğunu da qeyd edir: “Mən dövlət mükafatı laureatıyam. Həmçinin ölkə prezidentinin göstərişi ilə əməkdar incəsənət xadimi adına layiq görülmüşəm. Amma Arif Alışanov və Cəmil Quliyev rəhbərlik etdiyi kanallarda mənim efirə çıxmağıma qadağa qoyublar. Vaxtilə çəkdiyim filmləri göstərirlər, amma özümü efirə buraxmırlar. Mən nə etmişəm onlara, heç özüm də bilmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...