Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb

Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb

"Bizdə ölkədə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Həmin siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən müxtəlif sayda məktəblərin qazlaşdırılması və ya digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər həyata keçirilir".

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O, nazirliyinin hədəfinin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirib. Şöbə müdirinin müavini söyləyib ki, bununla bağlı hər il müvafiq işlər görülür və buna uyğun olaraq çoxlu sayda məktəblər hər il qazla qızdırılan mərkəzləşdirilmiş istilik sisteminə qoşulur.

Nazirlik rəsmisi Azərbaycanda ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəblərini açıqlayıb. Odunun ənənəvi yanacaq növü olduğunu bildirən O.Abbasov hazırda ölkədə bəzi məntəqələrin qazlaşdırılmadığını xatırladıb.

O, həmçinin deyib ki, hətta bəzi məntəqələrdə qaz olsa belə, mavi yanacağın mövcud təzyiqi məktəbin qızdırılmasına imkan vermir. Bundan əlavə, bəzi məktəblərin qəzalı vəziyyətdə olması, həmin təhsil ocaqlarının qazlaşdırılmasına maneə yaradır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...