İranda azadlıq hərəkatı - Təbrizdə həbs olunanlar ağır şəraitdə saxlanılır

İranda azadlıq hərəkatı -
İranın ali rəhbəri Əli Xameneinin tviter hesabının silinməsi üçün petisiya yaradılıb.

“Report” xəbər verir ki, təşkilatçılar bunun üçün "Twitter" şirkətinin sahibi Elon Maska müraciət ünvanlayıblar.

Petisiyanı indiyədək 62 mindən çox insan imzalayıb.

Bundan başqa, İranın Xorasan-Rəzəvi əyalətinin Məşhəd şəhərindəki Firdovsi Universitetinin tələbləri dərsləri boykot edərək hökumətə qarşı etiraz aksiyası keçiriblər.

Məşhəd şəhərində Firdovsi Universitetinin tələbəsi kürsü arxasına keçərək hökumət sözçüsü Əli Bahaduri Cəhromidən soruşub: “2019-cu ilin noyabrında 1500 nəfərin ölümünə haqq qazandıran nədir?!”

Görüş zamanı tələbələr “Şərəfsiz!”, “Şərəfsiz!” şüarları səsləndiriblər.

Məlumata görə, Ərak şəhərində keçirilən etirazlarda “Diktatora ölüm!”, “Azadlıq, azadlıq!” şüarları səsləndirilib.

İranın dini-siyasi-ideoloji mərkəzi sayılan Qum şəhərində hakimiyyətin din xadimlərinin əmmamələrini vurub salmaq aksiyası davam edib. Ölkənin cənubunda yerləşən, əsasən, ərəblər yaşayan Əhvaz şəhərində İranın ali rəhbəri Xameneinin reklam lövhəsi yandırılıb. Oxşar hadisə Yəzddə də törədilib. Mazandaran əyalətinin Babol şəhərində isə Xameneinin bannerini söküb dağıdıblar. Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində keçirilən etiraz aksiyalarında “Diktatora ölüm!” şüarı səsləndirilib. Kürdüstan əyalətinin Mərivan şəhərində etirazçı gənclər İran hakimiyyətinə qarşı gecə aksiyasına hazırlaşıb. Yollarda habelə tonqallar yandıran qəzəbli kütlə barrikadalar qurub. İsfahan əyalətində etirazçı gənclər dini-elmi mədrəsəyə Molotov kokteylləri ataraq od vurublar.

Azərbaycan Demokrat Firqəsinin məlumatına görə, İranda etiraz aksiyaları başlayandan bəri Güney Azərbaycanın Təbriz şəhərində 4 mindən çox dinc sakin tutulub.

Onlardan aksiyalar yeni başlayanda həbs olunan 1700 nəfər, Təbriz Universitetinn 630-dan çox tələbəsi, sonrakı yürürüşün 1250 iştirakçısı Təbrizdə Bağışimal adlanan ərazidə müvəqqəti quraşdırılmış soyuq vaqonlarda ağır və dözülməz şəraitdə saxlanılırlar.

Qeyd edək ki, 2019-cu il noyabrın 15-də İranın müxtəlif şəhərlərində gündəlik tələbat malları və yanacağın qiymətinin qalxmasına etiraz olaraq aksiyalar keçirilib. Həmin dövrdə İranın hərbi-polis qüvvələri 1500 aksiya iştirakçısını qətlə yetirib. Onda yürüşçüləri “Ruhani (İranın o vaxtkı Prezidenti Həsən Ruhani - red.) ölkədən rədd ol!” şüarını söyləyirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...