Baxış Abdullayev biznes ortağı Elçin Cahangirovla necə anlaşıb?

Baxış Abdullayev biznes ortağı Elçin Cahangirovla necə anlaşıb?

Maliyyə maxinasiyalarına himayədarlıqda suçlanan sabiq birinci müavinə indi də Goranboy rayon Dövlət Sığorta İdarəsini tapşırıblar
Goranboy rayonunda icra başçısının sabiq birinci müavini Baxış Abdullayev məsələsinin həllini deyəsən, özünəməxsus şəkildə tapıblar. Onun yeni vəzifəyə gətirildiyi deyilir. İnnən belə rayonda sığorta idarəsinə rəhbərlik edəcəyi deyilən Baxış Abdullayevin bu təyinatını acıqlı özünütəsdiq kimi qarşılayanlar da az deyil.

Bəzi xəbərlərdə onun nisbətən aşağı vəzifəyə gətirilməsi rayonda barəsində gedən söz-söhbətləri bitirmək üçün atılan formal addım kimi qiymətləndirilir. Bununla yanaşı, Baxış Abdullayevlə bağlı daha bir maraqlı məqam üzə çıxıb. Belə ki, onun yeni müavin Elçin Cahangirovla çox yaxın əlaqələri olduğu rayonda çoxlarına bəllidir. Əvvəllər rayon Dövlət Sığorta İdarəsinin müdiri vəzifəsində işləmiş Elçin Cahangirov rayonda həm də iş adamı kimi tanınır və rayon rəhbərliyi ilə birlikdə bir sıra layihələrə ortaqlığı təsdiq olunub. Elçin Cahangirovu Baxış Abdullayevlə birləşdirən tellər məhz bu ortaqlıq nəticəsində deyilənə görə, ildən-ilə möhkəmlənib. Özünün və yaxınlarının adına şirkətlər təsis edərək tenderlərə qoşulmuş Elçin Cahangirov Baxış Abdullayevin köməyi ilə qalib çıxarılmış, maxinasiyalardan dərhal sonra isə "izi itirmiş" iş adamlarındandır. Bu barədə hüquq-mühafizə orqanlarında düşünürük ki, kifayət qədər məlumat var.

Təəssüf ki, bu məqamlar Elçin Cahangirovun təyinatı qərarı veriləndə diqqətə alınmayıb. Odur ki, bu adamın Baxış Abdullayevin yerinə gətirilməsi əslində heç nəyi dəyişmir. Məlumat üçün bildirək ki, təcili qaydada 2011-ci ildə təsis edilmiş "Xanışoğlu" MMC-nin sahibi Elçin Cahangirovun əli ilə yüz minlərlə manat büdcə vəsaiti mənimsənilib. Belə ki, 2012-ci ildən başlayaraq yerli icra strukturları ilə ortaq maxinasiya şəraitində xeyli miqdarda vəsait silinib. Bu baxımdan, Elçin Cahangirovun Goranboy rayon icra aparatına birinci müavin təyinatı alması rayonda bir növ "qanunauyğunluq" kimi qarşılanıb. Çünki, əvvəllər ortaqlıqla maliyyə fırıldaqları hesabına qazanc əldə etmiş qrup üçün Baxış Abdullayevin vəzifə yerdəyişməsi bir elə təhlükə yaratmır. Yuxarıda sadalanan məqamlar Baxış Abdullayevin rayonun maliyyə sisteminin yerlə-yeksan edilməsində iştirakını təsdiq edən faktlardan yalnız biridir. Rayon idarələrinin hesabına daxil olan büdcə vəsaitlərinin əsas hissəsi onun nəzarəti altında olan şirkətlərə ötürülürdü. Bunun müqabilində yeyintiləri ört-basdır etmək üçün saxta sənədləşmələr aparılırdı. Saxta sənədləri imzalamaqdan imtina edənləri isə ciddi təhdidlərlə üz-üzə qalırdı. Bəzən bu təzyiqlərə dözməyənlərin ölüm xəbəri çıxanda Goranboy camaatının nəzərləri Baxış Abdullayevin üzərində cəmləşirdi. Hələ 2011-ci ildə Goranboy rayon mərkəzi xəstəxanasının sabiq baş həkimi F.Abdullayevin intihar etməsi ilə bağlı açılmış cinayət işində mərhumdan külli miqdarda pul tələb etdiyi deyilən Baxış Abdullayevin də adı keçirdi. O vaxt istintaq nədənsə, mərhumun həyat yoldaşının ifadələrini diqqətə almadı. Goranboyun Dəlməmmədli şəhər uşaq musiqi məktəbinin direktoru Yolçu Məmişovun da müəmmalı intiharında Baxış Abdullayevin əli olduğu iddia edilirdi. Baxış Abdullayevin başçının birinci müavini işlədiyi dövrdə öz zəhməti ilə halal biznes quran azad sahibkarlardan müxtəlif adlarla külli miqdarda pul yığımları adi hala çevrilmişdi. Belə yığımlar əsasən rayonda tikinti-abadlıq işlərinin aparılması üçün aparılırdı. Baxmayaraq ki, ölkə rəhbərliyi tərəfindən bu məqsədlə rayona kifayət qədər maliyyə vəsaiti ayrılmışdı.

Baxış Abdullayev üçün bu işlərin bir məqsədi vardı: nə qədər ki imkan var, başçının nüfuzundan istifadə edərək mümkün qədər say toplamaq. Bu gün Baxış Abdullayevi heç olmasa təsəvvüründə dəmir barmaqlıqlar arxasında görən rayon camaatına sürprizi edən də elə başçının özü olmadımı? Hər halda, Baxış Abdullayevin rayon icra başçısının oğluna məxsus "Fəqan Xidmət" MMC qarşısında müstəsna "xidmətləri" unudulmadı... Maliyyə maxinasiyalarına himayədarlıqda suçlanan Baxış Abdullayevin Goranboy rayon Dövlət Sığorta İdarəsinin müdiri vəzifəsinə təyinat alması isə rayonda əməlli-başlı sensasiyaya səbəb olub. Çünki, icra başçısının birinci müavini vəzifəsindən qovulan şəxsin törətdiyi qanunsuz əməllərə görə qanun qarşısında cavab verəcəyinə rayonda inanmayan yoxuydu. Hətta sabiq müavinin bir neçə cinayət hadisəsinin istintaqına çağırıldığı deyilir və tezliklə həbs ediləcəyi gözlənilirdi. Lakin Baxış Abdullayevin "qoruyucu mələyi" onu bütün mümkün problemlərdən xilas edə bildi. Düşünmək olar ki, sabiq müavin maxinatorlar zəncirinin əsas bəndi kimi müəyyən dərəcədə lazımlı adamdır, hələlik...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...