Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır
“Azərbaycanda talassemiya xəstəliyi geniş yayılıb və əhalinin 8 faizi talassemiya daşıyıcısıdır”. APA-nın xəbərinə görə, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, onların müayinə və müalicəsi müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir.
Z.Əlimirzayeva qeyd edib ki, talassemiyalı xəstəliyinin profilaktikası, xəstə sayının azalması üçün yeni ailə qurmağa hazırlaşan cütlüklərin müayinəsinin aparılmasına başlanıb: “Artıq bu müayinələr də öz nəticələrini verməkdədir. Bu müddət ərzində 197554 şəxs tibbi müayinədən keçib, onlardan 9131 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Eləcə də 71 cütlükdə - yəni hər ikisində, talassemiya daşıyıcılığı üzə çıxıb. Cütlüklərdə talassemiya aşkarlansa, hamiləliyin 12-18-ci həftəsində döldən material götürülür və Hematologiya İnstitutunda molekulyar, genetik müayinə aparılıb. Bu vaxta kimi üç döldə talassemiya xəstəliyi aşkarlanıb və həmin cütlüklər hamiləliyin pozulmasına qərar veriblər. Talassemiya xəstəliyi aşkar olunan 5-6 cütlük isə ailə qurmaqdan imtina edib”.
861 dəfə oxundu