BƏƏ-dən Azərbaycana turist axını 30 dəfə artıb
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayında əsaslı artım baş verib.
Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat ki, ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb.
Son bir neçə il ərzində nazirliyin "Marketinq strategiyası" əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay Əmirliyində keçirilən “ATM” beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şərca Əmirliyində keçirilən “2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı 2015” beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən nümayəndəliyin (“Atlantis Holidays” şirkəti) olması, həmçinin 2015-ci ilin noyabr ayından etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi turist axınının artmasına səbəb kimi göstərilir.
832 dəfə oxundu