Mirmahmud Mirəlioğluya daha bir itki
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib.
Gundeminfo.az Anspress-ə istinadən xəbər verir ki, Mirəlioğlunun bacısı oğlu vəfat edib. KXCP-nin sədr müavini Xəzər Teyyublunun sözlərinə görə, 11- ci sinif şagirdi olan Ümid qəflətən dünyasını dəyişib. "Ümüd sağlam, bacarıqlı və oxuyan uşaq olub. Onun qəfil vəfatı qohumlar üçündə qaranlıq qalır. Mərhumun nədən öldüyü bəlli deyil. Ümid doğulduğu Masallı rayonunda dəfn ediləcək".
Yeniyetmə bu il orta məktəbdən məzun olub. O, ali məktəbə daxil olmağa hazırlaşırdı.
Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil. Onun üç övladı erkən həyatdan köçüblər. İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.
Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib. 2012-ci ildə isə Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, gənc qadın evdə keçinib. Fəttayeva ailəli olub və Məhəmmədəmin adlı bir oğlu ondan yadigar qalıb.
923 dəfə oxundu