Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb

Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 15-də Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtərin Cəmilli kəndində 1 əkin və 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

Rayonun Şıxarx kəndində 2 ev və həyətyanı sahə, 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik OF-412 top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 11 000 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi) aşkar edilərək işarələnib və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarı ilə 1 760 kv. m ərazi yoxlanılıb. Aşkar olunmuş sursatın partlayış yolu ilə zərərsizləşdirilməsi növbəti gün yerinə yetiriləcək.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 15 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 605 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 531 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.


Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...