Tərtərdə “İntellektlər diyarı - Qarabağ” layihəsi FOTOLAR

Tərtərdə “İntellektlər diyarı - Qarabağ” layihəsi


Tərtərdə “İntellektlər diyarı - Qarabağ” layihəsi çərçivəsində intellektual oyun üzrə rayonun seçim turu keçirilib

Tərtər şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektlər diyarı - Qarabağ” layihəsi çərçivəsində intellektual oyun üzrə rayonun seçim turu keçirilib.

Tədbirdə layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışaraq layihə haqqında ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə çıxışında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirmişdir.

Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam etmişdir. Gərgin mübarizə şəraitində keçən turnirdə şəhər 6 saylı tam orta məktəbin “Talış” və Sarov kənd tam orta məktəbin “Land of Fire” komandaları daha yaxşı nəticə göstərərək Beyləqan rayonunda 5 rayon arasında keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.


Tərtərdə “İntellektlər diyarı - Qarabağ” layihəsi
Tərtərdə “İntellektlər diyarı - Qarabağ” layihəsi
Tərtərdə “İntellektlər diyarı - Qarabağ” layihəsi
Tərtərdə “İntellektlər diyarı - Qarabağ” layihəsi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1021 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...