Bakıda ötüşən avtobusların vurduğu təmizlik işçisi öldü

Bakıda ötüşən avtobusların vurduğu təmizlik işçisi öldü


İki gün əvvəl yaralanan işçinin həyatını xilas etmək mümkün olmayıb. Bakıda avtobusun vurduğu piyada xəstəxanda ölüb. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Z.Bünyadov prospektində Bakı şəhər sakini Mehman Əliyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Elnur Babazadəni vurub. Ağır bədən xəsarətləri alan kişi dərhal xəstəxanaya yerləşdirilib. həkimlərin lazımı tibbi yardım göstərməsinə baxmayaraq E.Babazadə orada dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, qəza qəza iki gün əvvəl baş verib. 171 saylı xətt üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu “Bakı Abadlıq Xidməti”nə məxsus elektromobilə çırpılıb.

Hadisə nəticəsində yol kənarındakı yaşıllıqları suvaran işçilər - İlqar Şabanov və Elnur Babazədə ağır xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılmışdı.

Hadisə şahidləri bildirmişdilər ki, qəzadan əvvəl iki sərnişin avtobusu bir-biri ilə ötüşürmüş. Sürücü Mehman Əliyev digər avtobusu ötərkən yol kənarındakı kiçik elektromobili gec görüb. Sürət yüksək olduğundan, sürücü avtobusu saxlaya bilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...