Əli İnsanovun ictimai müdafiəçisi saxlanıldı

Əli İnsanovun ictimai müdafiəçisi saxlanıldı


Ötən gecə vətəndaş cəmiyyəti fəalı Kiyevdən qayıdarkən Bakı aeroportunda saxlanılıb. Bu barədə sosial şəbəkələrdə fəalın dostları məlumat yayıblar. Onlar qeyd ediblər ki, o, anasının dəfnində iştirak etmək üçün gəlib.

musavat.com virtualaz.org-a istinadən verdiyi məlumatda bildirir ki, Yalçın Qəhrəmanoğlunun saxlanılmasının səbəbi açıqlanmır, qeyri-rəsmi məlumatlara görə, Qəhrəmanoğlu DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Baş İdarəsinə aparılıb və hazırda oradadır. DİN-in mətbuat xidmətindən Turan agentliyinə saxlanılma faktını və onun səbəblərini şərh etməkdən imtina ediblər.

Qeyd edək ki, Yalçın Qəhrəmanoğlu bir neçə ildir Kiyevdə yaşayır və Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının yerli nümayəndəsidir. Bundan əvvəl o, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarını müdafiə komitəsinin üzvü idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...