"Ciddi strateji mövqeləri itirmişik" - "DQR parlamenti"

"Ciddi strateji mövqeləri itirmişik" -


“Təmas xəttində mövqelərin itirilməsi qarşı tərəfin (Azərbaycan nəzərdə tutulur-red) Talış kəndinin 70 faizinə nəzarət etməsi deməkdir”. AzVision.az xəbər verir ki, bunu qondarma “Dağlıq Qarabağ Respublikası” nın “parlamentinin” “Milli Dirçəliş” fraksiyasının rəhbəri Ayk Xanumyan Ermənistan prezidenti Serj Sarkisyanın “itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan ərazilər cənub istiqamətində yerləşən erməni mövqeləri üçün ciddi problemlər yaradıb: “Çünki yüksəkliklər itirilib. Bizim mövqelərimiz isə zəifləyib. Ona görə də itirilən mövqelər ciddi strateji əhəmiyyətə malikdir”. Digər “deputat” Vardqes Baqryan isə bildirib ki, əhali Talış kəndindəki mövqelərin itirilməsi səbəbindən ciddi problemlər yaşayır:

“İtirlən torpaqların ərazisindən asılı olmayaraq, bu çox ağırdır. Bütün hallarda müharibədə həm udursan, həm də uduzursan”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...