Azərbaycanda ən çox QİÇS hansı bölgələrdə yayılıb?

Azərbaycanda ən çox QİÇS hansı bölgələrdə yayılıb?


Azərbaycanda QİÇS/İİV infeksiyasına yoluxma faizinin ən yüksək olduğu ərazilərin adları açıqlanıb.

APA-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bildirib ki, Azərbaycanda QİÇS/İİV-ə yoluxan insanların 25 faizi Bakı və Abşeron yarımadasında, 75 faizi isə regionlarda yaşayır.

O qeyd edib ki, bəzi regionlarda faiz göstəricisi digərləri ilə müqayisədə daha yüksəkdir. Həmin yerlərin adlarını açıqlayan direktor əvəzi bildirib ki, İİV-ə yoluxmanın ən yüksək olduğu yer Naxçıvan, Gəncə, Şəki, Quba, Şirvan və Lənkərandır: "Belə ki, bu rəqəm Şirvanda 49,8 faiz, Hacıqabulda 28,7 faiz, Astarada 22,4 faiz, Lənkəranda 17,7 faiz, Sumqayıtda 16,4 faiz, Xızı və Yevlaxda 11,2 faiz, Mingəçevir və Masallıda 9,1 faiz, Göyçayda isə 7,9 faiz təşkil edir. Fikir versək, görərik ki, bu ərazilər narkotrafikin yolu ilə əsasən üst-üstə düşür".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...