"Baku Crystal Hall"da uçqun olması barədə məlumat həqiqətə uyğun deyil"

"Baku Crystal Hall"da uçqun olması barədə məlumat həqiqətə uyğun deyil"


“Baku Crystal Hall”da uçqun olması barədə mediada yayılan məlumatlar tamamilə yanlışdır”.

Bunu APA-ya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda “Baku Crystal Hall”da narahatlığa səbəb olan heç bir vəziyyət mövcud deyil: “Dayanacaqda yük maşınından yük boşaldılan zaman fəhlələrdən birinin ayağı zədələnib. O, dərhal həkim müayinəsinə götürülüb, hazırda narahatlıq yaradan heç bir səbəb yoxdur. Uçqunun, fövqəladə hadisənin olması ilə bağlı yayılan xəbərlər tamamilə yanlışdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...