Qaradağda hesabat yığıncağı keçirilib - FOTOLAR

Qaradağda hesabat yığıncağı keçirilib -


Qaradağ Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

18 aprel 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 aprel 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.


Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Hesabat yığıncağı öz işinə başlamadan öncə Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 aprrel 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğuladı.
Qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən ölkədə biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının reallaşdırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması və yeni iş yerlərinin yaradılmasına dair konkret tələblər qarşıya qoyulmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən müddət ərzində rayonda əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılıb.

Dövlət Başçısının tapşırığına əsasən Nazirlər Kabinetinin Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər nəzərdə tutan 22 yanvar 2016-cı il tarixli 8 saylı qərarı qəbul edilmişdir. Bu qərara əsasən Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta konstruksiyalı yaşayış binalarının, habelə Qaradağ rayonunun ərazisində yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını pilot layihə olaraq 5 il müddətinə Qaradağ Rayon İcra Hakimiyyətinin həyata keçirməsinə icazə verilmişdir. Artıq Lökbatan qəsəbəsində 13 qamış tipli qəzalı evlərdə yaşayan əhali üçün “Azkomfort” MMC tərəfindən yeni çoxmərtəbəli binaların inşasına başlanılıb.

Ötən rüb rayonumuzun ən ucqar qəsəbəsi olan Çeyildağ qəsəbə sakinlərinin yeni iş yerləri ilə təmin edilməsi məqsədi ilə xalçaçılıq sexi açılmış və 16 nəfər işlə təmin edilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə vəsaiti hesabına qeyri məşğul əhalinin yeni iş yerlərinə cəlb olunması istiqamətində ötən müddət ərzində rayonumuzda ümumilikdə yaradılmış 1175 vakansiya üzrə 965 nəfər qeyri məşğul əhali yeni iş yerləri ilə təmin edilib.

Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb.

Bunun bariz nümunəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ilin yanvarın 30-da rayonumuzda açılışı olmuş “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodudur.

2016-cı ilin birinci rübünün yekunlarına əsasən rayon üzrə 143 milyon manatlıq sənaye məhsulu, o cümlədən qeyri dövlət müəssisələri tərəfindən 53 milyon manatlıq və dövlət müəssisələri tərəfindən isə 90 milyon manatlıq sənaye məhsulu istehsal olunub.

İstehlakçılara 191 milyon manatlıq məhsul göndərilmişdir. Neft və qaz sənayesi müəssisələrində 143 min ton xam neft və 162 milyon kub metr təbii qaz hasil olunub.

Rayonun sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 43 milyon 805 min manat investisiyadan istifadə edilmişdir.
Rayon üzrə 786 min ton sement, 11 min ton mişar daşı istehsal edilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 475 milyon 384 min manat, rabitə xidmətlərinin həcmi 529 min manat və əhaliyə göstərilən pullu xidmətlər isə 25 milyon manat olub.

Birinci rübdə avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 16 milyon manatlıq xidmətlər göstərilib.

Rayonun Sanqaçal qəsəbəsi ərazisində Neft-Qaz və Neft-Kimya Kompleksinin salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılmışdır.
Kompleksin tikintisinə təxminən 7 milyard ABŞ dolları vəsait xərclənəcək. Tikinti işləri zamanı ərazidə 30 min, istehsal prosesində isə 15 mindən çox vətəndaş işlə təmin olunacaqdır.

Məruzə ətrafında Sosial Müdafiə Mərkəzinin müdiri Çapay İbrahimov, 13 nömrəli Şəhər Poliklinikasınin baş həkimi Elnarə Hüseynova, Qarabağ Müharibəsi Əlilləri, Vеtеranları və Şəhid Ailələri İctimai birliyinin Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov, zalda quraşdırılmış mikrafonlardan Milli Qəhrəman Yusif Əliyevin atası Əliyusif Əliyev çıxış edərək rayon İcra hakimiyyətinin 2016-cı ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdirklərini bildirdilər.

İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, ölkə başçısı cənab Prezidentin son zamanlar imzaladığı sərəncamları və verdiyi fərmanları geniş təhlil etdi.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirib.

Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.


Qaradağda hesabat yığıncağı keçirilib -
Qaradağda hesabat yığıncağı keçirilib -
Qaradağda hesabat yığıncağı keçirilib -
Qaradağda hesabat yığıncağı keçirilib -
Qaradağda hesabat yığıncağı keçirilib -
Qaradağda hesabat yığıncağı keçirilib -
Qaradağda hesabat yığıncağı keçirilib -
Qaradağda hesabat yığıncağı keçirilib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...