Nazir müavini: "Müəllimlərin işə qəbulu prosesi mərhələlərlə həyata keçirilir"

Nazir müavini: "Müəllimlərin işə qəbulu prosesi mərhələlərlə həyata keçirilir"

İyunun 1-dən etibarən müəllimlərin yerdəyişməsinə başlanacaq.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, müəllimlərin işə qəbulu prosesi mərhələlərlə həyata keçirilir.

Onun sözlərinə görə, may ayında Bakı şəhəri üzrə daxili yerdəyişmələr həyata keçirilib.

C. Bayramov qeyd edib ki, vakansiyalar barədə məlumatlar Təhsil Nazirliyinə təqdim olunub: "İyundan ölkədaxili sistemdə hazırda çalışan müəllimlərin yerdəyişmələri baş tutacaq. İyul ayının ilk yarısında isə təhsil sisteminə ilk dəfə daxil olanlar üçün müsahibələr həyata keçiriləcək". Nazir müavini əlavə edib ki, diaqnostik qiymətləndirmə ilkin olaraq paytaxtda keçirilib. Onun sözlərinə görə, prosesinin bütün respublika üzrə davam etdirilməsi məsələsi müzakirə olunur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...