8 Mart günündə Surə nənənin 100 yaşı tamam oldu - FOTOLAR

8 Mart günündə Surə nənənin 100 yaşı tamam oldu -


Salyan şəhərində yaşayan Bədəlova Surə İbad qızının bu gün 100 yaşı tamam olur. Virtualaz.org saytının bölgə müxbiri xəbər verir ki, Surə nənə 1916-cı il martın 8-də Bakıda - İçərişəhərdə anadan olub. Düz bir əsr yaşamış qadının 3 övladı, 16 nəvəsi, 46 nəticəsi, 22 kötükcəsi var. Böyük övladının 79 yaşı olan nənənin böyük nəvəsinin 64, böyük nəticəsinin 40 yaşı var.

Dünən Salyan rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirinə 100 yaşlı Salyan sakini Surə Bədəlovanın da qatılması iştirakçıların bayram sevincini daha da artırıb. Tədbirdə çıxış edən Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 8 mart 2016-cı il tarixdə 100 yaşı tamam olan Surə Bədəlovanı təbrik edərək ona qiymətli hədiyyə təqdim edib.


8 Mart günündə Surə nənənin 100 yaşı tamam oldu -
8 Mart günündə Surə nənənin 100 yaşı tamam oldu -
8 Mart günündə Surə nənənin 100 yaşı tamam oldu -
8 Mart günündə Surə nənənin 100 yaşı tamam oldu -
8 Mart günündə Surə nənənin 100 yaşı tamam oldu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...