Pomidoru nar və alma kimi göstərdi - gömrükçüləri aldatmaq istədi

Pomidoru nar və alma kimi göstərdi -


Azərbaycan vətəndaşı Zakir Əliyev Azərbaycandan Rusiyaya apardığı pomidor yükünü gömrük orqanına nar və alma kimi bəyan edib və Rusiya tərəfi ilə həyata keçirilən birgə əməliyyat nəticəsində yük saxlanılıb. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Bildirilir ki, yoxlama zamanı gömrük orqanı əməkdaşları Z.Əliyevə yükün mal müşayiət sənədlərinin qaydasında olmadığını irad tutaraq bəyannamənin qanuna uyğun şəkildə tərtib edilməsini tələb edib.

Ancaq Z.Əliyev bununla razılaşmayıb və əlilliyindən istifadə edərək qanusuz hərəkətlərə yol verib və asayişi pozmağa çalışıb. Haqsız tələbinə nail ola bilmədikdə isə Z.Əliyev qardaşı Ramin Əliyev və 2 nəfər yaxın qohumu ilə birlikdə etik qaydalara uyğun olmayan şəkildə ”Yalama” gömrük postunun rəisi Valid Nəsirovun xidməti otağına daxil olaraq zorla tələblərini reallaşdırmağa cəhd göstərib.

V.Nəsirov onlara qanunvericiliyin müddəalarını xatırladaraq yükün müşayiət sənədlərinin düzgün tərtib olunmasının vacibliyini bir daha xatırladıb. Lakin gömrük postu rəisinin otağına qanunsuz şəkildə daxil olanlar bu dəfə də onu nalayiq ifadələrlə təhqir edib və fiziki təzyiq göstərib. Baş verən hadisə ilə əlaqədar “Yalama” gömrük postunun rəhbərliyi aidiyyatı üzrə polis şöbəsinə müraciət edib və faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...