Tərtər, Ağdərə və Goranboy rayonlarından olan şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub

Milli Məclisin deputatı Anar Məmmədovun, Tərtər Rayon İcra Hakimiyyətinin və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Xan” restoranında Tərtər, Ağdərə və Goranboy rayonlarından olan şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub.
İftar süfrəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, Şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər.
Əvvəlcə Novruz bayramı münasibəti ilə bayram ab-havası ilə bəzədilmiş "Xan” restoranının həyətində tonqal qalanıb, Bakı şəhərindən dəvət olunmuş tanınmış müğənnilər Jalə Quluyevanın, Leyla Həmzəliyevanın və Xasay Şıxıyevin ifasında mahnılar səsləndirilib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub. On bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulayıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onbir ayın sultanı olan müqəddəs Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq diləyib.
Tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan da danışıb. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
O, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov qarşıdan gələn Ramazan bayramı münasibəti ilə iftar süfrəsində iştirak edənləri təbrik edib, Ramazan bayramının insanları gözəl əməllərə dəvət etdiyini, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırdığını bildirib.
Qeyd edib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hamımızın fəxridir. Azərbaycan xalqı və dövləti öz şəhidlərinin xatirəsini həmişə ehtiramla yad edir.
Tədbirdə Vətən Müharibəsi şəhidi Qənbərli Qənbərin anası Gülnarə Qasımovaya 50 illik yubileyi münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən təşəkkürnamə və gül dəstəsi verilib.
İftar süfrəsində iştirak edən şəhid ailələri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
43 dəfə oxundu