20 Yanvar tarixində metropolitenin iş rejiminə dəyişikliklər ediləcək

20 Yanvar tarixində metropolitenin iş rejiminə dəyişikliklər ediləcək
Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Gundeminfo.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

"Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq".

Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
63 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...