Bakı-Sumqayıt qatarındakı gecikmələrin səbəbi bilindi
Bir neçə gün öncə saytımızda məlumat verərək bildirmişdik ki, Bakı-Sumqayıt qatarında gecikmələr müşahidə edilir. Bununla bağlı bir sıra oxucular narazılıqlarını ifadə etmişdilər. Bu gün yaranmış problemlə bağlı olaraq GUNDEMİNFO.AZ-a Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib ki, yaranmış problem bir sıra yenilənmə işləri ilə bağlıdır.
"2015-ci ilin dekabr ayında Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının intensivliyinin artırılması barədə “Azərbaycan Dəmir Yolları” QSC Sərnişin daşımaları Departamenti tərəfindən Cəmiyyətin rəhbərliyinə müraciət edilmiş, qatarların yolda olma vaxtı azaldılmaqla və qrafikdə qatarların sayı artırılmaqla yeni hərəkət qrafiki tərtib edilmişdi. Lakin Bakı-Sumqayıt sahəsində təmas şəbəkəsində təmir işlərinin görülməsi ilə əlaqədar qeyd edilən dəyişikliklər müvəqqəti təxirə salınıb. Hal-hazırda qatarların sayının artırılması və onların yolda olma vaxtının 38 dəqiqəyədək endirilməsi nəzərə alınmaqla hərəkət qrafiki tərtib edilmiş və təyinat teleqramı hazırlanır" Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olan informasiyada bildirilir.
944 dəfə oxundu