Azərbaycanda yanacaqdoldurma məntəqəsində ENDİRİM - Gülüş hədəfinə çevrildi

Azərbaycanda yanacaqdoldurma məntəqəsində ENDİRİM -
Azərbaycanda yanacaqdoldurma məntəqəsinin endirim kampaniyası görənlərin gülüşünə səbəb olub.

Gundeminfo.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Məlumata görə, Gəncədə yerləşən məntəqənin rəhbərliyi yanacağın hər litrinə 1 qəpik endirim edib. Yəni, Aİ-92 markalı benzinin 1 litri 1.09 manata, dizelin litri isə 0.99 manata təklif olunur.

Bu barədə paylaşılan foto isə izləyicilərin gülüş hədəfinə çevrilib.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə bu il iyulun 1-dən Aİ-92 markalı benzinin litri 1.10 manat, dizelin qiyməti isə 1 manata qaldırılıb.


Azərbaycanda yanacaqdoldurma məntəqəsində ENDİRİM -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...