Bakıda bu küçələrdə hərəkət qismən məhdudlaşdırılır

Bakıda bu küçələrdə hərəkət qismən məhdudlaşdırılır
8 və 10 iyun tarixlərində Bakıda bir neçə küçədə təmir işlərinə başlanılacaq.

Axar.az xəbər verir ki, 8 iyun saat 10:00-dan etibarən Bakı şəhəri, Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək), 10 iyun saat 10:00-dan etibarən isə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək) təmirə start veriləcək.

Təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...