“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat

“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi -
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf Əmr imzalayıb.

Belə ki, SOCAR prezidentinin müvafiq əmri ilə Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.

R.Nəcəfin digər əmri ilə onun əvəzinə “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

SOCAR-dan saytımızın sorğusuna cavab olaraq təyinatı təsdiqləyiblər.
Ətraflı

Qeyd edək ki, Ə. Qurbanov 26 aprel 1967-ci ildə Siyəzən rayonunda anadan olub. O, əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində çalışıb. 1998-ci ildən fəaliyyətini BP şirkətində davam etdirib.

2011-ci ildən başlayaraq ARDNŞ-nin baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

Xatırladaq ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Qeyd edək ki, SOCAR-da kadr dəyişiklikləri aparılır. Belə ki, mart ayının 11-də SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev də vəzifəsindən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
226 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...