Azərbaycan prezidenti “LUKOIL” un prezidenti Vahid Ələkbərovla görüşüb

Azərbaycan prezidenti “LUKOIL” un prezidenti Vahid Ələkbərovla görüşüb


Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Virtualaz.org saytının AzərTAc agentliyinin məlumatına əsasən verdiyi xəbərə görə, görüşdə qeyd olundu ki, “LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. “LUKOIL” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə “LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...