Nardaranda növbəti əməliyyat: 3 nəfər saxlanıldı

Nardaranda növbəti əməliyyat:


Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirib.

Trend-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Muradpur Heydər, 1959-cu il təvəllüdlü Mürsəl Qasımov və 1983-cü il təvəllüdlü Rahib Quliyev şübhəli şəxs qismində saxlanılıb.

M.Heydərin üzərinə baxış keçirilərkən 1,120 qram narkotik vasitə olan marixuana aşkar edilib. Əməliyyat zamanı M.Qasımovdan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi, R.Quliyevdən isə 1 ədəd F-1 qumbarası götürülüb. Sabunçu rayon məhkəməsinin qərarları ilə saxlanılan şəxslərdən M.Heydər və R.Quliyev barəsində həbs qətimkan tədbiri, M.Qasımov barəsində isə inzibati həbs seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...