Kılıçdaroğlu Azərbaycanla bağlı suala belə cavab verdi - VİDEO
Xəbər verdiyimiz kimi, CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlu “BaBala TV” yutub kanalında yayımlanan “Mevzular Açık Mikrofon” layihəsində çıxış edib.
“Qafqazinfo”nun məlumatına görə, proqram zamanı Kılıçdaroğluna “Həyatımın layihəsi” adlandırdığı nəqliyyat layihəsində Azərbaycana yer verməməsi barədə sual ünvanlanıb.
Kılıçaroğlu cavabında sözügedən məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirib: “Azərbaycanın paytaxtı Bakı ilə İstanbul arasında heç bir fərq yoxdur. Bizim Azərbaycanla olan dostluğumuz, əməkdaşlığımız heç bir partiya baxımından fərqli şəkildə düşünülə bilməz. Mən bu məsələyə necə yanaşıramsa, əminəm ki, digər partiya sədrləri də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə eyni prizmadan baxırlar.
Bizim əsas hədəfimiz əlbəttə ki, Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, mərkəzi Türkiyə olan layihəni böyütmək, Türkiyənin türk dövlətləri ilə birgə daha güclü bağlarla birləşdirən iqtisadi infrastruktur yaratmaqdır. Bizim bütün hədəfimiz bundan ibarətdir.
Bildiyiniz kimi, Zəngəzur dəhlizi məsələsi mövcuddur. Bu dəhlizin açılması lazımdır. Lakin bu dəhlizin açılması tərəflərin razılığa gəlməsi və Türkiyənin qeyd-şərtsiz Azərbaycana dəstək verməsindən asılıdır. İran və Ermənistan arasında münasibətlər bu dəhlizin açılmasını bir qədər çətinləşdirir. Əgər Türkiyə öz gücündən istifadə edərsə və dostluğu bölgədə daha çox təmin edərsə, yaradılacaq dəhlizin həm Türkiyə, İran, Ermənistan və digər türk dövlətlərinə böyük fayda verəcəyini və yaranacaq iqtisadi faydanın bütün ölkələr tərəfindən paylaşılacağını izah edə bilsək, Türkiyə bölgədə daha güclü olacaq. Biz o dəhlizi genişləndirmək və böyütmək məcburiyyətindəyik”.
Onun sözlərinə görə, o və ölkənin digər siyasi partiyaları Azərbaycanla bağlı eyni fikirdədir.
393 dəfə oxundu