Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik ediləcək

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik ediləcək

Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir.

"Report"un xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanunun 6.6-cı bəndinin yeni redaksiyada verilməsi təklif olunur.

Dəyişikliklə müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya hamin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək.

Qanunun hazırda qüvvədə olan 6.6-cı bəndi isə belədir: "Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...