Əli Əliyev 3 il azadlıqdan məhrum edildi – QƏRAR

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki cinayət işi üzrə məhkəmə keçirilib.

Sabunçu Rayon Məhkəməsində baş tutan prosesdə Əli Əliyevə hökm oxunub. Partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Əliyev bir müddət öncə həbsxanada davaya qarışıb. O, Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham edilirdi. Partiya sədri qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinirdi.

Xatırladaq ki, partiya sədri daha əvvəl üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunmuşdu. Belə ki, Dövlət Sərhəd Xidmətinin qəzaya uğramış helikopterindən sağ çıxan iki hərbçi barədə səsləndirdiyi fikirlərə, eləcə də YAP Binəqədi Rayon təşkilatının sabiq sədr əvəzi Ramiz Göyüşov haqqındakı fikirlərinə görə, hər üç şəxs onu şikayət etmişdi. Məhkəmə partiya sədrinin üç iş üzrə ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar vermişdi. Ə.Əliyev 2023-cü ilin yanvarında həbsdən çıxmalı idi. Lakin yeni hökmə əsasən, onun cəza müddəti 2026-cı ilə qədər uzanmış oldu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...