"Sərbəst toplaşma azadlığı" tələbi ilə keçiriləcək aksiyaya reaksiyası tənqid olundu - FOTO

"Sərbəst toplaşma azadlığı" tələbi ilə keçiriləcək aksiyaya reaksiyası tənqid olundu -
Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli oktybarın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında “sərbəst toplaşma azadlığı” tələbi ilə aksiya keçiriləcəyini elan edib.

Yeniavaz.com xəbər verir ki, REAL Partiyasının sədri İlqar Məmmədovun “sərbəst toplaşma azadlığı” tələbi ilə elan olunan aksiyaya verdiyi reaksiya müzakirələrə və tənqidlərə səbəb olub.

Belə ki, o, özünün sosial şəbəkə hesabında aksiyanın təyin olunduğu gün - oktyabrın 24-də Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanuna dair geniş dəyirmi masanın keçiriləcəyini əsas gətirərək, bunun gündəmi yayındırmaq olduğunu yazıb.

Bəzi sosial şəbəkə istifadəçiləri isə İ. Məmmədovun məsələyə verdiyi reaksiyanı tənqid edib, “sərbəst toplaşma azadlığı” tələbinin daha əhəmiyyətli olduğunu bildiriblər.

"Sərbəst toplaşma azadlığı" tələbi ilə keçiriləcək aksiyaya reaksiyası tənqid olundu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...